İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı vəkil dəhşətli qətl törədib - nişanlısını boğub və doğrayıb

Müharibənin davam etdiyi Ukraynada baş verən qorxunc cinayət ölkənin gündəmini zəbt edib. Ukraynalı vəkil Pyotr Bequn 39 yaşlı nişanlısı Olha Davydenkonu boğaraq qətlə yetirib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, sübutlardan qurtulmaq üçün qadının meyitini hissələrə ayıraraq, onun bəzi bədən üzvlərini gölməçəyə atıb. Begunun velosipedində şübhəli çantalar daşıdığı gözdən yayınmayıb.Qadının çanaq sümüyü və onurğasının bir hissəsi gölməçəyə atılan çamadanda, kəsilmiş əlləri və ayaqları isə zibil torbasında tapılıb.

O, xanımının böyrəklərini və cinsi orqanını isə soyuducuda saxlayıb. Mübahisə zəminində nişanlısını öldürdüyünü etiraf edən Pyotr Bequnun 15 ilə qədər həbs cəzası alması gözlənilir.
Qeyd edək ki, 39 yaşlı “qəssab” 2019-cu ildə ölkəsində yayımlanan evlilik proqramına “potensial ər” olaraq qatılıb.

Sözügedən proqramda özü haqqında bunları qeyd edib: “Şən, dostcanlı, xoşbəxt, aktiv, çevik, bilikli, yaradıcı, yumor hissinə sahib olan biriyəm. Düşünməyə və yaratmağa çalışıram, tez öyrənirəm, idmanla məşğul olur və sağlam həyat tərzi keçirtməyə çalışıram”.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR