İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı deputatın vətənə xəyanəti üzə çıxdı

Ukraynada fəaliyyəti qadağan edilmiş Həyat Uğrunda Müxalifət Platforması partiyasından Ali Radanın deputatı Aleksandr Ponomaryovun dövlətə xəyanəti üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ukrayna xidməti məlumat yayıb.

Məlumata görə, Aleksandr Ponomaryovun evində və şirkətlərinin ofislərində axtarış aparılıb, istintaq onun həbsi üçün vəsatət qaldırıb. Ponomaryov Ali Radanın 3 çağırışında deputat olub. Onu Berdyanskın ən nüfuzlu iş adamı adlandırırlar. Müstəntiqlərin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündə siyasətçi rus qoşunları tərəfindən işğal olunmuş Berdyanska yola düşüb (şəhər müharibə başlayandan 3 gün sonra ruslar tərəfindən ələ keçirilib - red.).

İstintaqın məlumatına görə, ukraynalı siyasətçi burada biznesini Rusiya qanunlarına əsasən yenidən qeydiyyatdan keçirib, Rusiya banklarının filiallarında hesablar açıb və hətta Rusiya qoşunlarını yanacaq-sürtkü materialları və tikinti texnikası ilə təmin edib. Dövlət İstintaq Bürosunun məlumatına görə, Rusiya hakimiyyəti onu müdafiə ilə təmin edib. Keçmiş deputatın nəzarət etdiyi medianın Rusiyayönlü mesajlar yaydığı deyilir.

Savaşın gedişində Ponomaryov dəfələrlə Rusiyaya və ilhaq edilmiş Krıma səfər edib. “Azadlıq” radiosunun Ukrayna xidməti isə deputatın ən azı 18 il Rusiya vətəndaşlığına malik olduğunu aşkarlayıb. Maraqlıdır ki, onun nəzarət etdiyi şirkətlərin çoxu Ukrayna ordusunun da tədarükçüləri sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR