İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı deputat Moskva yaxınlığında öldürüldü

Ukrayna Ali Radasının keçmiş deputatı, Rusiyanın Ukraynaya hücumunu dəstəkləyərək Moskvaya köçən İlya Kiva öldürülüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, İlya Kivanın cəsədi Moskva yaxınlığındakı Suponevo kəndində yerləşən “Velich Country Club” mehmanxanasının park ərazisində tapılıb. Onun başında güllə yarası aşkarlanıb.

Ukraynanın UNIAN saytı hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən İlya Kivanın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində atıcı silahdan atəş açılmaqla məhv edildiyini yazıb.

UNIAN-ın həmsöhbətləri qeyd ediblər ki, “baş xain” İlya Kivanın ləğvi SBU-nun xüsusi əməliyyatıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR