İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə edilir" - SENSASİON AÇIQLAMA

ABŞ Ukraynanı "xərcləyərək" Rusiyanı zəiflətməyə çalışır. xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri məşhur hərbi analitik Sonq Çjonpinqə istinadən yazıb.

Çjonpinqin sözlərinə görə, ABŞ-ın Kremllə danışıqlar aparmaq istəməməsi ona gətirib çıxarıb. Bu da, Rusiya-Ukrayna danışıqlarının çoxsaylı raundları nəticəsiz qalır.

Hərbi ekspert onu da vurğulayıb ki, Vaşinqton bundan sonra da Rusiya ilə Ukrayna arasında bütün mümkün razılaşmaları pozacaq.

Eksperin fikrincə, eskalasiyanın qarşısını almaq üçün əvvəlcə Rusiya ilə ABŞ arasında danışıqlar aparmaq, bundan dərhal sonra Kiyevlə Moskva arasında təmaslar qurmaq lazımdır.

Bundan başqa isə, çinli analitiklər vurğulayıblar ki, Vaşinqton hakimiyyəti belə danışıqlara ya hazır deyil, ya da hazırda Moskva ilə bu mövzuda ünsiyyətə getmək istəmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR