Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Andrey Sibiga Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu ərazi üzərində nəzarətin bərpa ediləcəyini bildirib.
“Rusiya təcavüzü Krımdan başladı və məhz orada da sona çatacaq. Krım Ukraynanın tərkibinə mütləq qayıdacaq. Biz bu məqsəddən heç vaxt imtina etməyəcəyik. Bu, Avropada təhlükəsizlik və sülhün açar elementidir”, — deyə Sibiga qeyd edib.
Musavat.com bildirir ki, bu bəyanat regionda onsuz da gərgin olan vəziyyəti daha da qızışdıra bilər.
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ