Onlayn ictimai-siyasi qəzet
Ukraynalı bloqer Yelena Mandzyuk Polşaya Stepan Banderanın şəkli olan sviterdə gəlib və Instagram storislərində bunu “sərhəddə geyim qaydası” adlandırıb. O, həmçinin bildirib ki, “nə ruslardan, nə də polyaklardan qorxur”.
Musavat.com xəbər verir ki, hadisə Polşa Seymində “banderizm ideologiyasının nasizm və kommunizmlə eyniləşdirilməsi” barədə qanun layihəsinin müzakirə olunduğu günlərə təsadüf edib.
Bloqerin paylaşımı sosial şəbəkələrdə, o cümlədən Ukraynanın tərəfdarları arasında da kəskin tənqidə səbəb olub. Mandzyukun videosu on minlərlə baxış və yüzlərlə şərh toplayıb, əksəriyyət onun deportasiyasını tələb edib.
Tənqidlər təkcə polyaklardan deyil, ukraynalılardan da gəlib. Siyasi analitik Yuriy Romanenko bloqerin hərəkətini “ölkə üçün zərərli” adlandırıb və ona Aİ-yə giriş qadağası qoyulmasını təklif edib. Polşada yaşayan bir çox ukraynalı isə Mandzyuku “antiukrayna əhval-ruhiyyəsini qızışdırmaqda” günahlandırıb.
Bloqer isə cavabında deyib ki, “tarixi bilməmək ayıbdır” və həmvətənlərini “sovet miflərinə inanmaqda” ittiham edib.
Mandzyuk əvvəllər də bir neçə ictimai qalmaqalın mərkəzində olub, lakin buna baxmayaraq, hərbçilərə yardım məqsədilə könüllü fəaliyyətini davam etdirir.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ