İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı diasporumuzdan daha bir uğurlu layihə - VİDEO

Ukraynadakı Azərbaycan diasporu daha bir layihəni uğurla yekunlaşdırıb.

Musavat.com diaspor fəalı Yalçın Qəhrəmanoğluna istinadən bildirir ki, bu ölkədə yaşayan məşhur azərbaycanlıların daha geniş auditoriyada tanıdılmasından bəhs edən filmin ikinci bölümü də çəkilərək yayılıb. “Yeni bir lahiyəyə start vermişik. Ukraynadakı bacarıqlı, intellektual azərbaycanlıları Ukrayna cəmiyyətinə daha yaxından tanıtmaq istəyirik. Bəli, məhz Ukrayna cəmiyyətinə tanıtmaq, daha geniş auditoriyaya təqdim etmək istəyirik soydaşlarımızı. Bu üzdən onlarla bağlı Ukrayna dilində tanıtım videoları hazırlayırıq. Artıq ikinci video material da hazırdır. Ümid edirəm ki, həm soydaşlarımız, həm də dövlətin diasporaya cavabdeh qurumları da bu prosesdə öz diqqətlərini göstərəcəklər”-Y.Qəhrəmanoğlu Musavat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, bir neçə ay əvvəl çəkilən film də xeyli maraq doğurmuşdu və geniş tirajlanmışdı. İşğala məruz qalan Ukrayna Azərbaycan dövlətinin humanitar dəstəyini, bu ölkənin ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını, əlindən gələn köməyi göstərdiyini vaxtaşırı bəyan edir. Eyni zamanda Ukraynada yaşayan azərbaycanlılar da, kimisi döyüşlərdə iştirakı, kimisi maddi imkanları, kimisi də təbliğat sahəsindəki çalışmaları ilə əlindən gələn köməyi göstərir. Bütün bunlar da dost ukraynalılarda soydaşlarımıza və ümumilikdə dövlətimizə qarşı rəğbəti daha da artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR