İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada valideynlərini itirən körpələrin çarəsiz halı... - VİDEO

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Əməliyyat zamanı qadın və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar öz rəxmi tviter hesabında hərbi əməliyyat zamanı valideynlərini itirən uşaqların videogörüntülərini paylaşıb.

"Putin bu məsum uşaqların ana və atalarını oğurlamaqla yetinmədi, uşaqlıqlarını da əllərindən aldı. Bunu əsla əfv etməyəcəyik", - deyə Bodnar qeyd edib.

Videodan əksəriyyəti 5 yaşına qədər çox sayda körpə görmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR