Onlayn ictimai-siyasi qəzet
"Ukraynada müharibə başlayan ərəfədə sonuncu kursda təhsil alan azərbaycanlı tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən diplomların tanınmasında güzəştlər tətbiq edildi. Lakin bu güzəştlər növbəti illərdə ora üz tutan tələbələrə aid deyil".
Musavat.com-un xəbərinə görə, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov TKTA və Media Agentliyinin media nümayəndələri üçün keçirilən infosessiyada deyib.
"Vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirik. Onlar ora qəbul olduqdan sonra müharibəni səbəb kimi gətirərək ölkə daxili universitetlərə transfer edilmələrini tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq", - T.Əhmədov bildirib.
Tural Əhmədov onu da əlavə edib ki, təkcə Ukrayna deyil, bu qaydalar qonşu Türkiyəyə də aiddir:
"Bu axının qarşısının alınması, əmək bazarına səriştəli kadrların daxil olması üçün bunu etməliyik. Bəzi təhsil şirkətləri insanları yanlış yönləndirərək asan diplom verən universitetlərə, aktiv müharibə şəraiti olan ölkələrin təhsil müəssisələrinə yönləndirirlər".
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ