İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Rusiyanın 137 mindən çox hərbçisi məhv edilib

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 137 780 hərbçisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 900-ə yaxın hərbçisini zərərsizləşdirib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 280 tank, 6 488 zirehli maşın, 2 007 operativ-taktiki PUA, 2 287 artilleriya sistemi, 465 reaktiv yaylım atəşi sistemi, 234 hava hücumundan müdafiə sistemi, 296 təyyarə, 18 gəmi, 286 helikopter, 857 qanadlı raket, 5 148 avtomobil və tanker, 215 xüsusi texnikadan ibarətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR