İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada rus hərbçilər ağ bayraq qaldırdılar - VİDEO

Sentyabrın 1-də sosial şəbəkədə rusların Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə təslim olmasını əks etdirən video yayılıb.

Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, videoda səsi eşidilənlərin dediklərinə görə, “rus hərbçilər ağ bayraq yelləyir”.

Hərbçilər bunun Rusiya ordusunun tələsi olub-olmaması barədə tərəddüd edir. Ancaq məsləhətləşdikdən və düşmənin mövqelərini diqqətlə araşdırdıqdan sonra məlum olur ki, rus əsgərlərii həqiqətən də “ağ bayraq” qaldırıb və təslim olmaq istədiyini bildirirlər.

Hadisə Xerson vilayətində Pravdino kəndi yaxınlığında baş verib. Pravdino kəndi Xersondan Nikolayevin yarısında “boz zonada” yerləşir.

Maraqlıdır ki, rus əsgərlərin yaxınlığında hərbi texnika olmayıb. Ola bilsin ki, komandanlıq şəxsi heyəti tərk edib, ona görə də əsgərlər təslim olmaq qərarına gəliblər.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR