İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada nə qədər ukraynalı qalacaq? SORĞU

Ukraynada enerji sistemindəki fasilələr ölkəsini tərk etmək istəməyən əhaliyə də mühacir həyatı yaşadacaq.

Musavat.com xəbər verir ki, əgər elektrik enerjisinin verilməsindəki problemlər uzunmüddətli olarsa, ukraynalılar müvəqqəti başqa ölkələrə üz tutacaqlar. Bu barədə “Gremi Personal” beynəlxalq məşğulluq şirkəti sorğu keçirib.

Sorğu nəticəsində məlum olub ki, əhalinin 67 faizi qışda Ukraynada qalacaq və ölkəsini tərk etməyəcək. Əhalinin 20 faizi köçməyi planlaşdırmadığını, lakin istilik, işıq və ya su ilə bağlı problemlər uzunmüddətli xarakter daşıyırsa, müvəqqəti olaraq xaricə köçmək məcburiyyətində qalacaqlarını deyib. Bunlardan 13 faizi isə yazda təkrar geri qayıdacağını bildirib.

"Ukraynanın atəşə tutulmasına baxmayaraq, bir sıra amillər miqrasiya ilə bağlı vəziyyətin indiyədək köklü şəkildə dəyişmədiyini göstərir. Maraqlıdır ki, hazırda Polşada iş axtaran bir çox ukraynalı geri qayıtmaq üçün mövsümi iş axtardıqlarını vurğulayır”, - "Gremi Personal" şirkətinin işə qəbul departamentinin direktoru Anna Jobolda bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR