Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu vəd edilən 1,1 milyon rubl müqabilində cəbhəyə göndərildiklərini iddia edən iki Kamerun vətəndaşının əsir götürüldüyünü elan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna hərbçiləri əsir götürdükləri ki kamerunlu barədə videokadrları hərbi hissəsinin Facebook səhifəsində yerləşdiblər.
Əsirlərin sənədləri göstərilməyib. Səsyazmada iki kişi ukraynaca tərcümə ilə ingilis dilində danışır. Onlar Rusiyaya dinc niyyətlə gəldiklərini deyirlər: biri şampun istehsal edən zavodda işləməyi, digəri tərcüməçi olmağı və “diş müalicəsi almağı” planlaşdırdığından danışır. Əsirlərin hər ikisi hava limanında onları “nümayəndələrin qarşıladığını” deyib və bildiriblər ki, onlara 1 milyon 100 min rubl vəd edərək, cəbhə bölgəsinə göndəriblər.
Məlumata görə, kamerunlular 118-ci ərazi müdafiə briqadası və 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın iki batalyonunun keçirdiyi əməliyyatlar zamanı əsir götürülüb.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ