Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Oryol vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən azərbaycanlını saxlayıblar.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, azərbaycanlı Ukraynanın Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Saxlanılan şəxsə qarşı cinayətə hazırlıq və terror təşkilatının fəaliyyətində iştirak maddələri ilə cinayət işi açılıb.
Saxlanılan şəxs 39 yaşlı Oryol sakini, milliyyətcə azərbaycanlı Ramil Əziz oğlu Dəmirovdur. O, Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırıb.
Məlumata görə, o, Rusiya vətəndaşlığından imtina ərizəsi yazıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ