İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada McDonald’s-a SİLAHLI HÜCUM: Ətrafa atəş açıb özünü GÜLLƏLƏDİ - VİDEO

Ukraynanın Çerkassı şəhərində yerləşən McDonald's restoranında silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, naməlum şəxs ictimai iaşə obyektinə daxil olaraq tualetdə barrikada qurub və bir neçə dəfə atəş açıb.

Yerli mənbələrin bildirdiyinə görə, hadisə yerinə dərhal təcili xidmətlər cəlb olunub. Restoranın əməkdaşları və ziyarətçilər təxliyə edilib.

İlkin məlumatlara əsasən, hücum edən şəxs özünü güllələyib. "İnterfaks-Ukrayna" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yazır ki, silahlı şəxs hazırda xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralanmış şəxsi xərəkdə restorandan çıxarıblar. Hücumun motivləri hələlik məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR