Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Jitomir vilayətində bir nəfər bir qrup şəxsin üzərinə qumbara ataraq hadisə yerindən qaçıb.
Musavat.com xəbər verir ki, bu barədə Jitomir vilayəti Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış nəticəsində 22-42 yaşlarında olan 6 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, 2022-ci ilin fevralından Ukrayna polisi qanunsuz silahların dövriyyəsi bağlı minlərlə cinayət işi açıb. Bu ilin fevralında Daxili İşlər Nazirliyi əhalinin əlində iki milyondan beş milyonadək qeydiyyatsız silah ola biləcəyini etiraf edib.
Musavat.com
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ