İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada “Bayraktar”ın istehsalına nə vaxt başlanacağı məlum olub

Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş PUA-larının istehsalına 2025-ci ildə başlayacağını gözləyir.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.

“Baykar”ın (Ukraynadakı) yerli törəmə müəssisəsində - “Avia Ventures” MMC-də - tikinti işləri plana uyğun olaraq davam edir. Açılış 2025-ci ilə planlaşdırılıb”, - deyə o bildirib.

Şirkət rəhbəri qeyd edib ki, zavodda artıq hazırlıq işlərinin əsas hissəsi aparılır. Onun sözlərinə görə, iyulda zavodun elektrikləşdirilməsi gözlənilir.

Xatırladaq ki, Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üzrə zavodun tikintisinə başlanacağı 2022-ci ilin avqustunda bildirilmişdi.

Mənbə: Yeni Akıt

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR