Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bu gün Vladimir Putinlə danışıq aparacaq və bu görüşdə onu Ukraynada 30 günlük atəşkəsə razı olmağa inandırmağa çalışacaq.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ)nəşri yazıb.
Nəşrin məlumatına görə, Kremlin qarşılıqlı güzəştlər olmadan razılaşması çətin olacaq. Xüsusilə, Putin Ukraynadan ərazi zəmanətləri və ya digər öhdəliklər tələb edə bilər.
Rusiya Xarici İşlər Nazirliyi artıq açıq şəkildə bəyan edib ki, onların fikrincə, hər hansı bir sülh müqaviləsi Ukraynanın neytral statusunu nəzərdə tutmalı və Avropa sülhməramlılarının yerləşdirilməsini istisna etməlidir. Lakin bu, Kiyevin və onun qərb tərəfdaşlarının əsas mövqeləri ilə ziddiyyət təşkil edir.
"Bloomberg" xəbər verir ki, Putin atəşkəs ideyasını rədd etmir, amma onu bir sıra şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirməyə davam edir. Belə vəziyyət Trampın tənqidçiləri arasında narahatlıq yaradır. Onların fikrincə, Tramp Putin tərəfindən irəli sürülən tələblərə Ukraynanın maraqlarını nəzərə almadan razı ola bilər.
"Ən pis ssenari budur ki, Tramp Kremlin tələblərini haqlı hesab edər və Ukraynaya təzyiq edərək güzəştə getməyi məcbur edər. Onun əsas məqsədi döyüşləri dayandırmaqdır və bunun üçün Kiyevi ərazi və ya iqtisadi güzəştlərə məcbur edə bilər", - RAND-ın Rusiya siyasəti və hərbi məsələlər üzrə eksperti Enn Mari Deyli deyib.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ