İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 7 ayda Ukraynada hava zərbələrinə çəkdiyi xərc hesablandı: Nəticə dəhşət doğurur

2025-ci ilin əvvəlindən Rusiya Ukrayna şəhərlərinin atəşə tutulmasına təxminən 13,4 milyard dollar xərcləyib. Musavat.com xəbər verir ki, bu hesablama ilə Forbes çıxış edib.

Qeyd olunur ki, Rusiya 7 ayda təkcə “Şahid” dronlarına 5 milyard dollardan çox pul xərcləyib. Bu pilotsuz təyyarələr, eləcə də İHA imitatorları Rusiyanın hava hücumlarında əsas məhvetmə vasitəsinə çevrilib. Nəşrin məlumatına görə, yuxarıda qeyd olunan dövr ərzində Rusiya 1,4-1,7 milyon kq partlayıcı daşıyan, demək olar ki, 29 min uzaqmənzilli pilotsuz uçan aparatı havaya buraxıb.

İyul ayında Ukrayna şəhərlərinə qarşı ən çox hücum dronları və imitatorları işə salınıb - 6 mindən çox. İlin əvvəlindən düşmən raketlərdən də hücumlar üçün istifadə edib. “Forbes Ukraine”nin məlumatına görə, söhbət 0,4 milyon kq partlayıcı maddə daşıyan 932 raketdən gedir. Və onların dəyəri 7,7 milyard dollara çata bilər.

Nəşr yazır ki, 932 raketdən 311-i ballistik olub:

235 İskəndər-M/KN-23/24 – 1 milyard dollar;

47 ədəd S-300 zenit raketi – 10 milyon dollar;

29 Kinzhal aeroballistik raketi - 290 milyon dollar.

Eyni zamanda Rusiya ilin əvvəlindən 600-dən çox qanadlı raketdən istifadə edib. Ən çox - X-101/İskəndər-K. Söhbət 6,2 milyard dollar dəyərində 451 raketdən gedir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR