Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları müvəqqəti işğal olunmuş Kamenka-Dniprovskada (Zaporojye vilayətinin Vasilovski rayonu) xüsusi əməliyyat keçirib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, nəticədə işğalçıların baza kimi istifadə etdikləri bir sıra obyektlər dağıdılıb. Bu barədə Baş Kəşfiyyat İdarəsi rəsmi məlumat yayıb.
"İşğalçıların uzun müddətdir söndürə bilmədiyi bir neçə binada yanğınlar davam edir. Xüsusilə də Dövlət Xəzinədarlığı Xidməti", - məlumatda deyilir.
Xəbərdə Zaporojye və Xersonda psevdoreferendumun keçirilməsi üçün bülletenlərin saxlandığı yerin havaya uçurulduğu bildirilir. Bütün mövcud çap materialları məhv edilib.
Bundan başqa, seçki bülletenlərinin saxlandığı anbarı qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin bazası partladılıb.
Ölən və yaralananların sayı dəqiqləşdirilir. Sağ qalanlar və yaralılar təcili olaraq işğal olunmuş Krım istiqamətinə təxliyə edilir. Mülki əhaliyə zərər dəyməyib.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ