Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Dmitri Sibiqa Rusiya dronlarının Polşa ərazisinə keçdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu hadisə Avropaya ciddi təhlükədir:
“Zəif reaksiya indi Rusiyanı daha da cəsarətləndirəcək və o zaman rus raketləri və dronları Avropanın daha dərinliklərinə uçacaq. Bu vəziyyət bir daha göstərir ki, tərəfdaş ölkələrin hava hücumundan müdafiə imkanlarının Ukrayna ərazisində, xüsusilə NATO sərhədlərinə yaxın bölgələrdə istifadəsinə icazə verilməsi barədə qərar qəbul edilməlidir”.
Sibiqa həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin təcili gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.
Qeyd edək ki, Polşa rəsmiləri hələlik əraziyə düşən dronların Rusiya mənşəli olduğunu təsdiqləməyiblər.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ