İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna vətəndaşlığından imtina etmədiyini belə təsdiqlədi - FOTO

Ukraynalı müğənni Svetlana Loboda Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb. Görüntülərdə Loboda hələ də ukrayna vətəndaşı olduğunu bildirib:

"Mənim bir vətəndaşlığım var. Bu olub və olacaq. Mən ukraynalıyam. Sənədlərlə bağlı problemləri gecə-gündüz işləyərək həll etməyə çalışırıq. Biz humanitar yardımı mümkün qədər lazımi yerlərə çatdırırıq. Mən hər dəqiqə, hələ də xilas ola biləcək hər insana kömək etmək üçün əlimdən gələni edirəm. Bacardığım qədər də bunu edəcəm. Məlum oldu ki, mən əsl qəhrəmanlar arasında yaşayıram!"

Qeyd edək ki, xarici mətbuatda Lobodanın Malta pasportuna görə Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı məlumatlar yayılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR