İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub - VİDEO

Ukrayna Rusiya əsirliyindən 100 hərbçini geri qaytarıb. Onların arasında Mariupol, “Azovstal” və Qostomel müdafiəçiləri də var.

Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak məlumat yayıb.

O, bildirib ki, Ukrayna bütün ukraynalı əsirləri evlərinə qaytaracaq.

Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının məlumatına görə, geri qaytarılan ukraynalı əsirlərdən 80-i kişi, 20-i qadınlar, 9-u zabitlərdir.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi də 106 rusiyalı hərbi əsiri geri qaytardıqlarını açıqlayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR