İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və Britaniya "Vaqner"in Baxmutdan çıxmağa başladığını təsdiqləyib

“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, “Vaqner”in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir:

“Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.

Danilov Baxmutun müharibənin gedişatında mühüm rol olduğunu vurğulayıb:

“Biz şəhəri müdafiə etməyə davam edəcəyik”.

Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqner”çilər şəhərdən çıxmağa başlayıblar:

“Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, “Vaqner”çilər yenidən hücuma keçə bilərlər”.

Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yengeni Priqojın daha əvvəl demişdi ki, onlar iyunun 1-də şəhərdən tamamilə çıxacaqlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR