Onlayn ictimai-siyasi qəzet
Kiyev və Avropa ölkələri Rusiya prezidenti Vladimir Putinin atəşkəs təklifinə qarşı öz planlarını irəli sürüblər.
Musavat.com xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər əvvəlcə atəşkəsə nail olmağı və ərazi mübadiləsi aparmağı təklif edirlər.
Təklifdə qeyd olunur ki, “Ukrayna bəzi bölgələrdən qoşunlarını çıxararsa, Rusiya da digər ərazilərdən qoşunlarını geri çəkməlidir”.
Kiyev nümayəndələri bu planı Cey Di Vens, Marko Rubio, Stiv Uitkoff və Keyt Kelloqa təqdim ediblər.
Məlumatda vurğulanır ki, “Kiyevin istənilən ərazi güzəşti Ukraynanın NATO-ya mümkün üzvlüyü də daxil olmaqla, möhkəm təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir”.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ