İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması planı “masanın üstündədir””- Blinken

“Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması planı “masanın üstündədir””.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken bu bəyanatı “The Wall Street Journal”ın təşkil etdiyi konfransda çıxışı zamanı səsləndirib.

“Müstəqil məhkəmə, tribunal yaradılması ilə bağlı müzakirələr gedir. Hər şey “masanın üstündədir”. Baş verənlərə görə məsuliyyətin olması çox vacibdir”, – dövlət katibi bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin sübut və məlumat toplamaq səylərini də dəstəkləyir.

Ötən həftə Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı hərəkətlərini araşdıracaq tribunalın yaradılması ilə bağlı işlərə başlandığını elan edib. Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bu tribunalın yaradılması ideyasını “növbəti siyasi demarş” adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR