İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün PİS XƏBƏR - Heç bir kömək edilməyəcək, Rusiya isə...

ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, Bayden Ukraynanın NATO-ya üzv olması üçün alyansdakı digər ölkələrlə eyni standartlara cavab verməli olduğunu və bu kontekstdə Kiyevə heç bir xüsusi rahatlığın təmin olunmayacağını bildirib.

Jurnalistin "Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi?" sualına Bayden belə cavab verib:

"Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də bunu asanlaşdırmayacağam".

Co Bayden əlavə edib ki, Ukrayna hərbi koordinasiya qabiliyyətini nümayiş etdirir, lakin NATO-ya daxil olan digər hər bir ölkənin malik olduğu standartlara cavab verib-verməməsi kimi bir sıra mühüm məsələlər var.

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə gəlincə, Bayden bunun “tamamilə məsuliyyətsizlik” olduğunu təkrarlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR