İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna Türkiyə və BMT ilə birgə aclığın qarşısını alır"

"Rusiyaya qarşı mübarizə aparan cəsur Ukrayna əsgərləri və diplomatiyamız sayəsində biz Qara dənizdəki üç limanımızdan yenidən taxıl daşınmasını bərpa edə bildik".

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski TRT World Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ukrayna, Türkiyə və BMT birgə səylər ilə dünyadakı aclığın qarşısını alır: "Biz bölgəmizin təhlükəsizliyini düşünərək, beynəlxalq təhlükəsizliyi təmin edirik".

Zelenski əlavə edib ki, Rusiya taxıl daşınmasını bilərəkdən yavaşladır və Ukrayna limanlarından daha çox taxıl daşına bilər.

Toğrul İMSAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR