Onlayn ictimai-siyasi qəzet
Ukrayna silah istehsal etmək üçün gizli yeraltı zavodlar şəbəkəsi qurub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Mundo” qəzeti yayıb.
Nəşrin mənbələri iddia edir ki, Ukrayna zavodları sursat və zirehli maşınlar istehsal etməyə davam edir, lakin müharibənin ilk günlərində geniş dağıntılar səbəbindən hazırda yerin altına köçürülüb. Bəzi zavodlar tamamilə yeraltıdır, digərləri sadəcə kamuflyaj olunur: “böyük bəzəklərlə” gizlədilir.
Qeyd olunur ki, belə bir şəbəkəni Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin qurub. Nəşrin mənbəsi bildirib ki, məxfilik məsələləri Kiyevi çox narahat edir, çünki bu zavodların işçiləri arasında artıq ruslara rəğbət bəsləyənlər aşkarlanıb.
Qeyd olunur ki, fabriklər döyüş sursatı, pilotsuz təyyarələr, “Kozak” zirehli transportyorları, “Neptun” raketləri və tank əleyhinə “Stuqna” raketləri istehsal edir. Həmçinin, Ukrayna müdafiə sənayesindəki mənbə bildirib ki, 2023-cü ildə şəbəkə yeraltına köçürüldükdən sonra istehsal həcmi üç dəfə artıb.
Nəşrin yazdığına görə, Ukrayna hökuməti ümid edir ki, yeraltı fabriklərin gizli şəbəkəsi onun Qərbin silah təchizatından asılılığına son qoymağa kömək edəcək. Və gələcəkdə bu şəbəkə Ukraynaya Qərbin özünün ehtiyacları üçün silah istehsalı mərkəzinə çevrilmək imkanı verəcək.
Qeyd edək ki, artıq Ukrayna “Şahed” tipli kamikadze dronların istehsalı üzrə Rusiyaya çatıb. Yeni silah növlərinin hazırlanmasında bir çox özəl müəssisə tərtibatçıları və alimlər iştirak ediblər.
“Ukroboronprom” son bir ildə hərbi texnikanın istehsalını iki dəfə artırıb. Bəzi istiqamətlərdə artım onlarla dəfə, digərlərində daha azdır.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ