Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın Ukraynada itkiləri yenidən artıb - Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Berdyansk yaxınlığındakı düşmən mövqelərinə endirdiyi zərbə nəticəsində onlarla rus əsgəri məhv edilib”.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Bildirilir ki, Zaporojye vilayətinin Berdyansk rayonunda atışma zamanı 50-dən çox rus hərbçisi zərərsizləşdirilib.
Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə 12 zərbə endirib.
Ukrayna artilleriyası gün ərzində Rusiya ordusunun 4 komanda məntəqəsini və 3 toplaşma rayonunu vurub”, - məlumatda deyilir.
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ