İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna səfiri Almaniya seçicilərinə yalvardı: Kremlpərəst ultrasağların yalanlarına inanmayın

 

“Putini müharibəyə alman qorxusu və təmkinindən daha çox sövq edən heç nə yoxdur".

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözlər Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyevin Almaniyada keçirilən seçkilərin iştirakçıları qarşısında çıxışında səslənib.

Ukraynalı diplomat mitinq iştirakçılarına “Alman demokratiyasının ultrasağ düşmənləri”ni xatırladıb.

“Ukrayna ərazilərini qurban verməyə hazır olan bu psevdopasifistlər şəxsən məni, mənim ailəmi, Ukraynadakı dostlarımı qurban verirlər. Onlar eyni şəkildə öz seçicilərini qurban verəcəklər. Müharibə qorxusu ilə seçiciləri qorxutmaq yanlışdır. Bu, Putinə daha çox sərf edir və onu savaşı davam etməyə şirnikləndirir”,-deyə ukraynalı səfir bildirib.

Makeyevin fikrincə, Putin Ukraynaya qarşı aparılan savaşın “ABŞ-ın Rusiya Federasiyasına qarşı müharibəsi” kimi qəbul olunmasını istəyir. Bundan başqa Kreml əsassız yerə Avropa dövlətlərini nüvə müharibəsi ilə qorxudur.

“Bütün bunlar yalandır, Almaniya Ukraynaya Leopard tankları və “Marder” piyada döyüş maşınları verərkən belə nüvə silahından istifadə olunmadı. Belə bir “rus ruleti” Kremlin özü üçün intihar sayılır”,-deyə ukraynalı diplomat vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR