Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Vladimir Putin bəyan edib ki, Ukraynanın hərb meydanında itkiləri Rusiya ilə müqayisədə 10 dəfədən də çoxdur.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Prezidentin sözlərinə görə, bəzi Ukrayna bölmələri əks-hücum zamanı Rusiyanın cəbhə xəttinə çatsa da geri qovulublar.
Vladimir Putin Ukraynanın əks-hücum zamanı 86 tank və 417 silahlı texnika itirdiyini iddia edərək, "onların itkiləri çox yüksəkdir, hətta Rusiya ordusunun itkiləri ilə müqayisədə birə on nisbətindən də çoxdur", deyib.
“İnanıram ki, Ukrayna ordusunun uğur qazanmaq şansı yoxdur".
Müharibənin Tədqiqi İnstitutunun verdiyi məlumata görə, Ukrayna qoşunları əks-hücum zamanı cəbhə xətti boyunca ən azı üç istiqamətdə qələbə qazanıb.
Elbəyi Həsənli, Sürix
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ