Onlayn ictimai-siyasi qəzet
Bu gün Avropanın əsas qaz birjası olan Hollandiyanın TTF qovşağında qaz qiymətləri 2024-cü ilin maksimumuna çatıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, hərracların sonunda qazın birja qiymətləri 4,8 faiz artaraq 450 dolları ötüb.
Qazın sentyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 454,6 dollara yüksəlib. Bu, ötən ilin dekabrından bəri ən yüksək qiymətdir.
Qazın bahalaşmasının əsas səbəbi Ukrayna Silahlı Qüvvələrinin Rusiyanım Kursk vilayətinə hücumu və Suca qazötürücü mərkəzinə nəzarəti ələ almasıdır. Avropalı alıcılar bu hadisənin Rusiyadan Ukrayna üzərindən qaz nəqlinin daynmasına səbəb olacağından narahatdırlar.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ