İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna qüvvələri Xerson istiqamətində Rusiyanın təminat körpüsünü məhv edib

Ukrayna qüvvələri Xerson istiqamətində əks-hücum əməliyyatlarını davam etdirirlər.

Musavat.com-un xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukrayna Darivka yaxınlığındakı körpünün ciddi zədələnməsindən sonra Rusiya qüvvələrinin açdığı panton körpünü məhv edib.

Qeyd olunub ki, Darivka kəsişməsi Dnepr çayı boyunca yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin şimal və cənub sektorlarının əsas dəhlizlərindən biridir.

Vurğulanıb ki, Ukraynanın sistematik şəkildə həssas keçid nöqtələrinə dəqiq zərbələr endirməsi ukraynalıların hücumunun qarşısını almağa çalışan Rusiya qüvvələrini təzyiq altında qoyur. Bu isə Rusiyanın ehtiyat qüvvələr yerləşdirməsi və şərqdən material təminatı imkanlarını ləngidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR