İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Prezident Ofisi: “Çeçenlərlə “kadırovçular”ı səhv salmayın”

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç vətəndaşları Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin Ukrayna ərazisində döyüşməsi fonunda çeçenləri və ümumiyyətlə müsəlmanları təhqir etməməyə çağırıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu haqda Prezident Ofisinin rəsmisi videomüraciət ünvanlayıb.

“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı - Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, - O.Arestoviç bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR