İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna polisi erməni əsilli naziri sorğu-suala çəkib

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Brovarıda baş verən helikopter qəzası ilə bağlı aparılan araşdırmalar çərçivəsində Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış keçirilib. Avakovun sözlərinə görə, onun yanına Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Dövlət İstintaq Bürosunun əməkdaşları gəlib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, onlar Avakovun nazir olduğu dövrdə Fransadan “Airbus” helikopterlərinin satın alınmasının 6 illik sənədləri ilə maraqlanıblar.

Arsen Avakov müstəntiqlərin formal olaraq müxtəlif versiyalarla maraqlandığını və evində heç nə tapmadıqlarını bildirib. Keçmiş nazir helikopterlərin alınması ilə bağlı müqavilələrin Ukrayna hökuməti və Ali Rada tərəfindən təsdiqləndiyini vurğulayıb.

Xatırladaq ki, qəza zamanı Daxili İşlər Nazirliyi rəhbərliyinin Fransa istehsalı olan “Super Puma” helikopteri ilə uçduğu ortaya çıxıb. Ukrayna Təhlükəsizlik Xidməti baş verənlərin 3 əsas versiyasını nəzərdən keçirir - uçuş qaydalarının pozulması, texniki nasazlıq və sui-qəsd.

Qeyd edək ki, Ukrayna və Fransa 2018-ci ildə helikopterlərin alınması ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, “Airbus” konsernindən Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin ehtiyacları üçün bir neçə “Super Puma” helikopteri alınıb.

Ukrayna mediası isə başqa mətləblərə diqqət çəkir. Jurnalistlər daha öncə Norveçin həmin hava maşınlarını alınmasından vaz keçdiyini ortaya çıxarıblar. Üstəlik, Fransa Ukraynaya yenilərlə bərabər, köhnə helikopterləri də veribmiş. Məlum olub ki, Norveçin aldığı “Super Puma”lardan biri Şimal dənizində qazma qurğusuna uçarkən qəzaya uğrayıb və həmin vaxt 13 nəfər həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR