İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Pentaqonun sızdırdığı sənədlərə görə hərbi planlarını dəyişib

Ukrayna Pentaqonun məxfi sənədlərinin sızması səbəbindən bəzi hərbi planlarında dəyişiklik edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbə vasitəsilə məlumat yayıb.

Xəbərdə dəqiq hansı planların dəyişdirildiyi göstərilməyib. Lakin informasiya sızıntısı Pentaqonu da yüzlərlə məmurun hər gün istifadə edə bildiyi sənədlərin sayını azaltmağa sövq edib.

Qeyd edək ki, sızma nəticəsində xüsusilə Ukraynanın əks-hücum əməliyyatı, eləcə də silah transferi, qoşunların sayı, Yaxın Şərq və Çinlə bağlı gizli sənədlər üzə çıxıb.

Skrin-şotlarda sənədlərin Discord messencer platformasında yerləşdirdiyi görünür. Sənədlərdən biri - Ukraynanın Baxmut şəhərində hərbi əməliyyatların xəritəsi anonim “4chan” forumunda yerləşdirilib.

Sənədlərin bir hissəsində Ukraynanın hücuma hazırlaşdığı onlarla yeni briqadanın təlimi və təchizatı təfərrüatları, xüsusən də Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilmiş bütün tanklar, zirehli texnika və silahlar sadalanır. Burada Ukraynanın hava hücumundan müdafiə imkanlarının azaldığı barədə qeydlər yer alıb.

Adlarının çəkilməsini istəməyən Pentaqon rəsmiləri sənədlərin həqiqi ola biləcəyini etiraf edirlər.

Ukrayna Prezident Administrasiyası sənədlərin dərcini “fotoşop” adlandırıb. Rəsmi Kiyev sızıntının Rusiya əməliyyatı ola biləcəyini istisna etmədiyini dilə gətirib. Bəzi hərbi bloqçular isə əksinə, bunun Qərbin informasiya əməliyyatının bir hissəsi olduğunu, əsas məqsədin Rusiya komandanlığını aldatmaq olduğunu irəli sürürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR