İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna ötən ay 8300 hərbçi itirib”- Şoyqu

“Ukrayna Silahlı Qüvvələri noyabr ayında 8300-dən çox hərbçi itirib”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə iclas zamanı açıqlayıb.

Şoyqunun sözlərinə görə, Ukrayna tərəfi noyabr ayında 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını itirib.

O qeyd edib ki, Ukrayna canlı qüvvə və texnika baxımından ən çox itkini Luqansk-Donetsk və Cənubi Donetsk istiqamətlərində verib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-i yaydığı məlumatda müharibə zamanı 61 207 ukraynalı hərbçinin öldüyünü, daha 49 368 hərbçinin isə yaralandığını açıqlamışdı. Şoyqu bu zaman Rusiya tərəfindən müharibədə ümumilikdə 5937 hərbçi öldüyünü bəyan etmişdi.

Toğrul İMSAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR