İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusunun raket zərbəsi nəticəsində “Axmat” bazası dağıdıldı

Ukrayna ordusunun raket zərbəsi nəticəsində Bryanskda “Axmat” bazası dağıdılıb

Musavat.com xəbər verir ki, Ukrayna müdafiə qüvvələri Rusiyanın Bryansk vilayətində yerləşən “Axmat” bazasına uğurlu raket zərbəsi endirib. Ukrayna Müdafiə Kəşfiyyatı (GUR) tərəfindən ələ keçirilən telefon danışığında bir rusiyalı qadın hücumun nəticələrini təsdiqləyib.

Onun sözlərinə görə, hücum zamanı bazada çox sayda çeçen döyüşçü olub və onların bir qismi dağıntılar altında qalıb. “Təsəvvür et, raket düz istirahət edərkən vurdu… Əsasən gənc çeçenlər idi”, – deyə o bildirib.

Məlumata görə, hücum nəticəsində altı yaralı xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı rəsmi təsdiq gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR