Onlayn ictimai-siyasi qəzet
Kursk davamlı olaraq Ukraynanın raket hücumlarına məruz qalır. Avqustun 5-dən isə hücumlar daha da çoxalıb.
Bu barədə Musavat.com-a Rusiyanın Kursk vilayətində yaşayan həmyerlimiz Kərim Babayev bildirib. O qeyd edir ki, Ukrayna ordusunun hücumlarına məruz qalan bu vilayətdə azərbaycanlılar çoxluq təşkil edir:"Ukraynalılar sərhəddə olan rayonları ələ keçiriblər, həmin ərazilərdə çox sayda azərbaycanlı yaşayırdı, maldarlıqla məşğul olurdular. Azərbaycanlı fermerlər münaqişə üzündən nələri var idisə, orada qoyub Kurska gəldilər. Ümumiyyətlə, orada sağ qalan vətəndaşları buradakı hotellərə, yataqxanalara yerləşdirirlər".
K.Babayev əlavə edib ki, yaşadıqları binaya bir neçə dəfə raket atılıb:"Binamıza raket atıldı. Evin arxası uşaq bağçasıdır, qarşısı da xəstəxanadır. Videodan da izləyə bilərsiniz, raketin atıldığı an binanın dəhlizində kameraya düşüb. Qəlpələr hər yerə tökülüb. Hüquq mühafizə orqanları bu gün bütün qəlpələri toplayıb apardı. Həm də radiasiyaya görə yoxlayırlar.
Hazırda isə döyüş 80 km aralıda gedir. Ümumiyyətlə şəhərə dayanmadan raket atılır. Bəziləri yerindəcə zərərsizləşdirirlir. Biz Ukrayna ilə sərhədik, sərhədin zəif mühafizə olunan yerindən keçiblər. Sərhədyanı rayonları ələ keçiriblər.
Ümumiyyətlə isə biz qorxmuruq, Rusiyanın mərkəzindəyik. Burada atom elektrik stansıyası yerləşir, dünya səviyyəsində olan əhəmiyyətli bir obyektdir. O səbəbdən burada bundan da şiddətli döyüşlərin olacağını düşünmürəm. Əksi olarsa, nələrin baş verəcəyini anlamaq olar..."
Afaq Mirayiq,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ