Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin davam edən hücumları səbəbindən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov özünün "Telegram" kanalında məlumat verib.
O əlavə edib ki, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, Kursk vilayətinin atəşə tutulması nəticəsində 6-sı uşaq olmaqla, 31 nəfər yaralanıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ