Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri (VSU) bu gecə Rusiya ərazisində yerləşən Kursk şəhərinə hücum edib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində Kurskun Mərkəzi inzibati dairəsində yerləşən Svetlaya və Kommunalnaya küçələrində iki yaşayış evi alışıb. Rusiya mediasının məlumatına görə, hücum “uçuşlar” nəticəsində baş verib və hadisə yerində güclü yanğın müşahidə olunub.
Yerli sakinlər gecə saatlarında səmada azı 7 partlayış səsi eşitdiklərini bildiriblər.
Hadisə ilə bağlı rəsmi Moskva tərəfindən hələlik açıqlama verilməyib.
Rus Telegram kanallarının yaydığı görüntüləri təqdim edirik.
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ