İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Krıma aparan körpüləri vurdu – müharibə QIZIŞDI – Elçin Alıoğlu ilə CANLI

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünün Ukrayna tərəfindən vurulduğunu təsdiqləyib.

Hərbi Kəşfiyyatın sözçüsü Andrey Yusov körpüyə zərbələrin davam etdiriləcəyinə işarə vurub: “İş gedir və davam edəcək. Bu, müdafiə qüvvələrinin, Ukraynanın qanuni hakimiyyətinin qayıtmasını gözləyən yerli müqavimət hərəkatının və əhalinin planlı işidir. Yalnız onu deyə bilərəm ki, davamı gələcək”.

Xatırladaq ki, Ukrayna mətbuatının və sosial şəbəkələrin yazdığına görə, Çonqar körpüsü “Storm Shadow” raketlərilə vurulub. Bu körpü Krımı Xerson vilayəti ilə birləşdirən 3 yoldan biridir. Qeyd olunur ki, körpüyə ciddi ziyan dəyib və hazırda yol bağlıdır.

Ukrayna hərbçiləri Azov dənizindəki Sivaş körfəzi üzərindən Rusiyanın ilhaq etdiyi Krıma aparan körpülərə zərbə endirib.
Bu barədə Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş qondarma rəhbəri Vladimir Saldo məlumat verib. O, zərbənin Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə endirildiyini vurğulayıb.
"Körpülərdə yol örtüyü zədələnib. Əhali arasında tələfat yoxdur", - o deyir. Onun sözlərinə görə, avtomobillərin keçidi ən qısa zamanda bərpa olunacaq. Zərbənin dəqiq nə vaxt vurulduğunu Saldo dəqiqləşdirməyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində tanınmış jurnalist Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR