İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib

Xarkov vilayətində Ukrayna hərbçiləri bir neçə yaşayış məntəqəsini azad edib, lakin döyüşlər davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov bildirib. O, Xarkov vilayətinin xətti tutduğunu deyib.

Ukrayna rəsmisinin sözlərinə görə, bu gün Ukrayna Silahlı Qüvvələri nəinki öz mövqelərini müdafiə edir, əksinə, əks hücuma keçir. “Malaya Roqan istiqamətində artıq bir neçə yaşayış məntəqəsi azad edilib, indi orada döyüşlər gedir”, - Sinegubov bildirib.

O, həmçinin əlavə edib ki, Ukrayna qoşunları İzyum istiqamətində də döyüşür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR