İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müdafiə nazirini öldürmək istəyən şəxslər saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun qətlini planlaşdıran şəxslərin həbs edildiyini açıqlayıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə UTX rəsmi məlumat yayıb.

Məlumata əsasən, onların hər birinin öldürülməsinə görə ruslar 100-150 min dollar mükafat vəd ediblər.

Killerlərin digər qurbanı hələlik adı çəkilməyən tanınmış ukraynalı fəal olmalı imiş.

Əməliyyatı Rusiya hərbi kəşfiyyatı koordinasiya edib və sui-qəsd hazırlayanların axtarışında bilavasitə Ukraynaya qarşı müharibə təcrübəsi keçmiş Luqansk sakini iştirak edib.

Həmin şəxsin Belarusdan sərhədi keçməsinə icazə verilib, sonra isə killerlə birlikdə Koveldə saxlanılıb.

Ukrayna mediası əməliyyatın UTX-nin Kiyev və Kiyev vilayəti üzrə Baş İdarəsinin əməkdaşlarının, Volın vilayətinin bölmələrinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR