İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Krımı və Donetski BOMBALAYIR...Rusiyadan TƏCİLİ açıqlama - CANLI

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Krım körpüsü istiqamətində 12 ədəd ATACMS taktiki raket sistemlərindən istifadə olunmaqla endirilən zərbələri dəf edib. Müdafiə Nazirliyindən bildirilib.

Gecə ərzində hava hücumundan müdafiə vasitələrindən istifadə olunmaqla, Krım körpüsünə qrup şəklində atılan 12 ədəd ATACMS raketinin hədəfə dəyməsinin qarşısı alınıb. Bütün raketlər məhv edilib.

Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil, bu, özünümüdafiə müharibəsidir. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil. Bu aydındır. Ukrayna beynəlxalq hüquq çərçivəsində eksklüziv müdafiə müharibəsi aparır... Amma əgər söhbət potensial danışıqlardan gedirsə - potensial olduğunu vurğulayıram – biz Rusiyanı öz şərtlərimizlə masanın əks tərəfinə oturtmalı olacağıq. Bizim qətiyyən yalvarmaq planımız yoxdur: “Zəhmət olmasa, oturun danışıqlar aparaq”. Əksinə, biz sübut edilmiş, təsirli məcburetmə vasitələrinə malikik.

Bu, iqtisadi və diplomatik vasitələrlə yanaşı, həm də hərbi alətdir. Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verdirməliyik. Kursk bölgəsində biz Rusiyanı ədalətli danışıqlar prosesinə razı salmaq üçün hərbi alətdən necə obyektiv istifadə edildiyini aydın görə bilərik”, - Podolyak qeyd edib.

Onun sözlərinə görə, müharibə Rusiya ərazisinə keçəndə bu ictimai rəyə təsir edir və onu daxildən dəyişməyə başlayır: “Bu bir faktdır ki, son vaxtlara qədər işğalçı ölkənin vətəndaşları Ukraynada baş verdiyi üçün hərbi əməliyyatlara ümumiyyətlə biganə yanaşırdılar.

Qərb müttəfiqlərimiz arasında müəyyən bir illüziya var ki, ruslar arasında müharibə ilə bağlı müzakirə gedir: Xeyr, belə müzakirələr yoxdur, orada siyasi məsələlər ümumiyyətlə müzakirə olunmur.

Ruslar müharibədən danışmırdı və özlərini kifayət qədər rahat hiss edirdilər, çünki ölüm və dağıntı onlardan çox uzaqda gedirdi. Müharibə onların ərazisinə gələndə ruslar açıq-aydın qorxdular, onlar şokdadır”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə Qərb ölkələrinin Rusiya ərazilərinə zərbələr endirilməsinə icazə verilməsini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR