İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı Krımda S-400-ləri məhv edib- AÇIQLAMA  


Ukrayna Baş Kəşfiyyat İdarəsi işğal altında Krımda Rusiyanın S-400 Triumf raket kompleksinin məhv edildiyini açıqlayıb.

Kəşfiyyatın məlumatına görə, partlayış nəticəsində qurğunun özü, üzərindəki raketlər və şəxsi heyət tamamilə məhv edilib.

Musavat.com xəbər verir ki, avqustun 23-də səhər saatlarında Krım Telegram kanallarında Krım yarımadasının qərbindəki Olyonovka kəndi yaxınlığında tüstü sütununun fotosu yayılıb. Partlayış barədə yerli sakinlər də xəbər verib.

Rusiya hakimiyyəti partlayışla bağlı şərh verməsə də, bu barədə Rusiya Müdafiə Nazirliyinə bağlı “Rıbar” kanalı məlumat yayıb.

 Kanalın məlumatına əsasən, partladılan S-400 deyil, S-300 olub. S-300-ün 13 il əvvəl partlayış yerində yerləşdirildiyi barədə məlumat Wikimapia-da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR