İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı SENSASİON İDDİA

"İyun ayının əvvəlində Xarkov vilayətində Tolyatti-Odessa ammonyak boru kəmərinin partladılmasında Ukrayna ordusunun "əməyi" ola bilər".

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı Almaniya Müdafiə Nazirliyinin üzərində "yalnız rəsmi istifadə üçün" qrifi yazılan bir sənədinə əsaslandırdığını bildirir.

Sənəddə ifadə edilən iddiaya görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra istismarı dayandırılan kəmərdə partlayış rəsmi Kiyevin nəzarətində olan ərazidə baş verib. Həmin kəmərin yenidən işə salınması daha çox Rusiya üçün əhəmiyyət kəsb edirdi. Belə ki, kəmərin bağlanması ilə əlaqədar Rusiya tərəfi 2,5 milyard dollara qədər gəlir itirə bilər.

"Bild"in yazdığına əsasən, baş verənlərə görə kimin məsuliyyət daşıdığı hələ də bəlli deyil. Lakin Almaniya Müdafiə Nazirliyi ekspertlərinin rəyincə, partlayışı düşməni zəiflətməyə çalışan ukraynayönlü qruplar təşkil edə bilər.

Rəsmi Kiyev hələ ki, "Bild" qəzetinin məlumatına münasibət bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR