İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə ABŞ arasında GƏRGİNLİK: 500 milyard dollarlıq fonda ETİRAZ — Kiyev real rəqəmləri açıqladı  

 Ukrayna ABŞ-ın faydalı qazıntılarla bağlı saziş çərçivəsində 500 milyard dollarlıq fondun yaradılması tələbinə qarşı çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu fondun vəsaitləri Vaşinqtonun Kiyevə göstərdiyi yardımı kompensasiya etməli idi. Lakin Ukrayna hakimiyyəti faktiki dəstəyin bu məbləğin təxminən beşdə birinə — cəmi 90 milyard dollara bərabər olduğunu iddia edir.

Bu fikir ayrılığı Ukrayna ilə ABŞ arasında maliyyə əməkdaşlığı və strateji tərəfdaşlıqda yeni gərginlik yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR