İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hücum taktikasını dəyişir – NATO məsləhət görüb

Ukrayna Silahlı qüvvələri başladığı genişmiqyaslı əks-hücumla bağlı yaranan problemlərə görə taktikasını dəyişib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, bu məqsədlə avqustun ortalarında Polşa-Ukrayna sərhədində ABŞ və Böyük Britaniya hərbçiləri ilə Ukrayna ordusunun mənsubları arasında görüş baş tutub. Bundan sonra Ukrayna hərbçiləri əsas zərbələri Zaporojye istiqamətinə yönləndirməyə başlayıblar.

Qəzetə görüşün nəticələrini şərh edən mənbə bunları deyib: “Düşünürəm ki, siz onların Zaporojye cəbhəsində hansı nəticələri əldə etdiklərini görə bilərsiniz".

İclasda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujnı, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı amerikalı general Kristofer Kavoli və Böyük Britaniyanın Müdafiə nazirliyinin Qərargah rəisi Entoni Radakin iştirak ediblər.

Görüş Polşa-Ukrayna sərhədindəki gizli yerdə baş tutub və beş saat davam edib. Hərbçilər Ukraynanın əks-hücumunu, qarşıdan gələn qış üçün döyüş planlarını müzakirə ediblər.

Qəzetin yazdığına görə, Radakin əvvəllər Kiyevə səfər edib və orada Ukraynanın strategiyasını və Qərbin necə kömək edə biləcəyini daha yaxşı başa düşmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Son gələn xəbərlərə əsasən, Rusiya Silahlı qüvvələri əsas gücünü Kupyansk və Liman ətrafında cəmləşdirib. Bununla bağlı Ukrayna Quru qoşunlarının komandanı Aleksandr Sırski də həyəcanla yazıb. O, təcili olaraq həmin bölgəyə əlavə qüvvələrin yeridilməsinin vacibliyini vurğulayıb. Onu prezident Vladimir Zelenski də dəstəkləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR